Bakıda ƏMƏLİYYAT: Yetkinlik yaşına çatmayan qızla 23 yaşlı oğlan saxlanıldılar - VİDEO

Hazırda oxunan: Bakıda ƏMƏLİYYAT: Yetkinlik yaşına çatmayan qızla 23 yaşlı oğlan saxlanıldılar - VİDEO

619618

Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 23 yaşlı Vüsal Nəsirov və onunla əlbir olan yetkinlik yaşına çatmayan tanışı A.Əbilzadə saxlanılıblar.

Onların sərnişin kimi istifadə etdikləri avtomobildən 9 kiloqram 915 qram marixuana, ümumilikdə 2 kiloqram heroin və metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri paytaxt ərazisində qanunsuz dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin