Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı"nı təsdiq edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bundan başqa, hökumət başçısı "İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı"nın təsdiq edilməsini nəzərdə tutan qərara imza atıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:42 / 16.06.2026
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Hazırda oxunan: Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Hazırda oxunan: Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
619596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































