Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI

Hazırda oxunan: Bakıdakı pullu çimərliklərə giriş qiymətləri - SİYAHI

619589

Ötən gündən etibarən ölkəmizdə dəniz mövsüm başlayıb. İnsanlar istirahət üçün Bakıda və Abşeron yarımadasında, Xəzər dənizinin sahilində yerləşən çimərliklərə üz tuturlar.

Bizim.Media Milli.Az-a istinadla  bəzi məşhur çimərliklərin giriş qiymətlərini təqdim edir:

"Amburan Beach Club"da giriş haqqı həftəiçi 25 AZN, həftəsonu isə 35 AZN-dir. Qiymətə çimərlik, hovuzlar, şezlonq, çətir və dəsmaldan istifadə daxildir. 9 yaşadək uşaqlar üçün giriş pulsuzdur.
 

"White Beach Club"da giriş həftəiçi 35 AZN, həftəsonu 50 AZN təşkil edir. Ziyarətçilər çimərlikdən, şezlonq və çətirlərdən, həmçinin duş və soyunub-geyinmə otaqlarından istifadə edə bilirlər.


"Bilgah Beach Hotel"də gündəlik giriş həftəiçi 35-45 AZN-dir. Qiymət günün növünə və mövsümə görə fərqlənə bilər. Bu məbləğə özəl çimərlik, hovuz və istirahət zonalarından istifadə daxildir.

"Dalga Beach Aquapark Resort"da giriş həftəiçi 25-35 AZN, həftəsonu isə 45-50 AZN-dir. Qiymətə çimərlik, hovuz və akvapark xidmətləri daxildir.

"Dream Beach" ən sərfəli seçimlərdən biri hesab olunur. Burada giriş həftəiçi 20 AZN, həftəsonu isə 30 AZN arasında dəyişir.
 

"Mambo Beach Club"da giriş qiyməti həftəiçi 25 AZN, həftəsonu isə 30 AZN təşkil edir. Qiymətə çimərlik, hovuz və şezlonqdan istifadə daxildir.


"Sea Breeze Beach"də isə giriş haqqı 50 manatdır. Qiymətə dəsmal, bu ərazidəki hovuzlar və çimərlik daxildir. Ziyarətçilər çimərlik, şezlonq və ümumi istirahət zonalarından yararlana bilirlər.

Qeyd edək ki, qiymətlər mövsüm ərzində, xüsusilə həftəsonları və xüsusi tədbirlər zamanı dəyişə bilər. Buna görə də istirahətə yollanmadan əvvəl çimərliklə əlaqə saxlayaraq son qiymətləri dəqiqləşdirmək tövsiyə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin