Azərbaycanda fəaliyyət göstərən marketlər şəbəkəsi Tamstore ilə bağlı sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
Görüntülərdə ofis otağında çalışan əməkdaşın üzərinə yuxarı mərtəbədən bir şəxsin düşdüyü əks olunub.
Bizim.Media xəbər verir ki, Tamstore şirkəti məsələ ilə bağlı Anews.az-ın sorğusunu cavablandıraraq videonun yeni olmadığını bildirib.
"Bəli, görüntülər bizim obyektlərdən birində qeydə alınıb. Hadisə təxminən iki il əvvəl, təmir-tikinti işləri aparılan zaman baş verib. Bu, köhnə hadisədir və həmin görüntülər iki il əvvəl də sosial şəbəkələrdə paylaşılmışdı", – şirkətdən bildirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:42 / 16.06.2026
Əməkdaşın üzərinə şəxs düşdüyü görüntülərlə bağlı AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Əməkdaşın üzərinə şəxs düşdüyü görüntülərlə bağlı AÇIQLAMA – VİDEO
Hazırda oxunan: Əməkdaşın üzərinə şəxs düşdüyü görüntülərlə bağlı AÇIQLAMA – VİDEO
619584
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































