Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR

Hazırda oxunan: Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR

619556

Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilir.

Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”ın sorğusuna cavabında Medianın İnkişafı Agentliyindən bildirilib.
 

Qeyd edilib ki, hazırda qüvvədə olan “Media haqqında” Azərbaycan Respublikası Qanununun 70.1-ci maddəsi ilə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydasına dair məsələlər tənzimlənir.


“Media haqqında” Qanuna dəyişiklik layihəsinin 2.18.1.2-ci maddəsinə əsasən isə 70.1-ci maddədən “onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası” sözlərinin çıxarılması təklif olunur:

"Bu isə o deməkdir ki, qanun layihəsi qəbul olunacağı təqdirdə jurnalist vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi ödənişsiz əsaslarla həyata keçiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin