İş saatlarının dəyişdirilməsi: Bakıda tıxac problemi həll olunacaq?

Hazırda oxunan: İş saatlarının dəyişdirilməsi: Bakıda tıxac problemi həll olunacaq?

619458

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə iş saatlarının dəyişdirilməsi ilə bağlı müzakirələr davam edir. Lakin ekspertlər hesab edirlər ki, bu addım problemin köklü həlli üçün kifayət etməyə bilər.

Bizim.Media “yenisabah.az”a istinadla xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, iş saatlarının fərqli vaxtlara keçirilməsi modeli əsasən tıxacların günün yalnız müəyyən saatlarında yarandığı şəhərlərdə effektiv nəticə verir. 

“Bakıda isə vəziyyət fərqlidir. Paytaxtda səhər saatlarından gecə saatlarınadək davam edən nəqliyyat yüklənməsini cəmi 1-2 saatlıq qrafik dəyişiklikləri ilə aradan qaldırmaq mümkün deyil”, – deyə ekspert qeyd edib.
 

E.Əmirov bildirib ki, iş saatlarının dəyişdirilməsi məcburi və kütləvi xarakter daşıyarsa, müəyyən müsbət nəticələr verə bilər. Bununla yanaşı, belə bir qərarın mənfi təsirləri də istisna olunmur.


Ekspertin fikrincə, dövlət və özəl sektor arasında iş rejimlərinin uyğunlaşdırılması ilə bağlı problemlər yarana, ailələrin gündəlik planlaşdırması çətinləşə, həmçinin iş və sosial həyat arasında balans daha da pozula bilər.

“Şəhərdə həddindən artıq mərkəzləşmə aradan qaldırılmadıqca, tıxac probleminin qalacağı qaçılmazdır”, – deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin