Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

Hazırda oxunan: Cəlilabadda peyvənd vurulan heyvanlar tələf oldu: AQTA araşdırmaya başladı - FOTO

619316

Cəlilabad rayonunda xırdabuynuzlu heyvanlar arasında vaksinasiyadan sonra kütləvi ölüm və xəstəlik halları qeydə alınıb. Hadisə rayon sakini Daşqın Hüseynova məxsus fərdi təsərrüfatda baş verib.

Bizim.Media xəbər verir ki, təsərrüfat sahibinin bildirdiyinə görə, o, cari ilin aprel ayında heyvanlarına dabaq xəstəliyinə qarşı peyvənd vurulması üçün rayon baytarlıq xidmətinə müraciət edib. Müraciətdən sonra baytar həkimlər tərəfindən təsərrüfatdakı bütün xırdabuynuzlu heyvanlar vaksinasiya olunub.

İynə yerində iltihab yaranıb, 4 baş heyvan ölüb

Peyvəndləmədən bir müddət keçdikdən sonra heyvanların vaksin vurulan nahiyələrində kəskin iltihablaşma və şişkinlik müşahidə edilməyə başlanıb. Ağırlaşma nəticəsində təsərrüfatdakı 4 baş xırdabuynuzlu heyvan artıq tələf olub.

AQTA və hüquq-mühafizə orqanları hərəkətə keçib

Hadisədən dərhal sonra Daşqın Hüseynov məsələ ilə bağlı rəsmi şəkildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət edib. Agentliyin əməkdaşları sözügedən təsərrüfata yerində baxış keçiriblər və baş vermiş ölüm səbəblərini tam aydınlaşdırmaq üçün laborator müayinələrə müvafiq nümunələr götürüblər.

Daha 10 heyvan ölüm təhlükəsi ilə üz-üzədir

Təsərrüfat sahibinin iddiasına görə, ilkin araşdırmalar zamanı infeksiyanın heyvanlara məhz istifadə olunan vaksin vasitəsilə keçdiyi ehtimal olunur. Hazırda təsərrüfatdakı daha 10 baş heyvanda da bənzər iltihabi proses və ağırlaşmalar davam edir, onların da tələf olmaq təhlükəsi var.

Vətəndaş dəymiş ziyan və baytarların mümkün səhlənkarlığı ilə bağlı hüquq-mühafizə orqanlarını da məlumatlandırıb.

Faktla bağlı genişmiqyaslı araşdırmalar davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin