Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

Hazırda oxunan: Flora Kərimova göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

619152

Azərbaycanın Xalq Artisti Flora Kərimova Birinci Vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkürünü bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Flora Kərimova xəstəxanaya yerləşdirildi — FOTO


Bizim.Media xəbər verir ki, bu barədə “trend.az”a F.Kərimovanın ögey qızı Yaqut İmanova məlumat verib.

Xalq artisti səhhətindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib və Birinci vitse-prezident Mehriban Əliyeva Flora Kərimovanın müalicəsini öz nəzarətinə götürüb.

Bundan əlavə, F. Kərimovanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ziyarət edib. Ona xalq artistinin müalicəsinin gedişi barədə məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin