Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Xalq artisti Flora Kərimovanın sağlamlıq vəziyyəti AÇIQLANDI

619139

"Xalq artisti Flora Kərimova dörd gündür ki, xəstəxanaya yerləşdirilib. Onun müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hazırda Flora xanımın səhhəti yaxşıdır".

Bizim.Media xəbər verir ki, bu sözləri "teleqraf.az"a açıqlamasında Flora Kərimovanın köməkçisi Yaqut İmanova deyib.

"Ötən gün Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xəstəxanada Flora xanımı ziyarət etdi. Flora Kərimova Mehriban Əliyevaya minnətdarlığını bildirir. İki gün də xəstəxanaya geciksəydik, vəziyyəti pis ola bilərdi. Flora xanımın ürək və beli ilə bağlı problemi var idi. Flora xanımın xəstəxanadan nə zaman çıxacağı hələ dəqiq məlum deyil", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin