Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Kürdəmirdə ağır qəzada xəsarət alanların vəziyyəti AÇIQLANDI

619123

Kürdəmirdə “Mercedes” markalı yük maşını ilə “Chevrolet” markalı avtomobilin toqquşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alanların durumu açıqlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə ağır yol qəzası: 3 yaralı var - FOTO


TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki,13.06.2026-cı il tarixində saat 16:30 radələrində Kürdəmir rayonununda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda pasiyentlərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Onlardan birinin vəziyyəti orta ağır, digərinin vəziyyəti isə stabil olaraq qiymətləndirilir.

Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin