Azərbaycan Hökuməti tərəfindən Suriyadan repatriasiya edilmiş 7-si qadın, 16-sı uşaq olmaqla daha 23 Azərbaycan vətəndaşı Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.
Bu barədə Bizim.Media Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib.
Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaq.
Qeyd olunub ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:22 / 13.06.2026
Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib
Hazırda oxunan: Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib
Hazırda oxunan: Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib
619067
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































