Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

Hazırda oxunan: Məcnun Məmmədov: "Müasir suvarma sisteminin tətbiqinə görə subsidiya veriləcək”

618878

Azərbaycanda müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək.

Bizim.Media xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" ilə bağlı keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, gələcəkdə yeni əkin sahələrinin istifadəyə verilməsi zamanı müasir suvarma sistemlərinin qurulması əsas tələb olacaq:

"Suvarma infrastrukturu yaradılmadan və müasir suvarma tətbiq edilmədən əkin sahələrinin istifadəsinə icazə verilməyəcək. Müasir suvarma bizim üçün olmazsa-olmaz şərtdir. Bu yanaşma mərhələli şəkildə ölkənin bütün ərazilərində tətbiq olunacaq və su infrastrukturunun inkişafı ilə paralel həyata keçiriləcək.
 

Gələcəkdə dövlət dəstəyi mexanizmlərində də müasir suvarma sistemlərindən istifadə edən təsərrüfatlara üstünlük veriləcək. Subsidiya Şurasının son qərarına əsasən, Naxçıvanda müasir suvarma tətbiq edilən əkin sahələri üçün hər hektara əlavə 150 vahid subsidiya müəyyən olunub. Bu fərq gələcəkdə daha da artırılacaq və ölkə üzrə geniş tətbiq ediləcək".


Nazir əlavə edib ki, məqsəd su itkilərinin azaldılması, su resurslarından səmərəli istifadə və kənd təsərrüfatında məhsuldarlığın artırılmasıdır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin