Yayda azərbaycanlıların ən çox getdiyi ölkələr - SİYAHI

Hazırda oxunan: Yayda azərbaycanlıların ən çox getdiyi ölkələr - SİYAHI

618838

Yay mövsümünün başlaması ilə səyahət planları da aktuallaşır.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Bizim.Media-ya verilən məlumata görə, hazırda dünyanın müxtəlif regionlarına 40-a yaxın aviaşirkət tərəfindən müntəzəm reyslər həyata keçirilir.
 

“AZAL”, “Turkish Airlines”, “Lufthansa”, “LOT Polish Airlines”, “Air Astana”, “Wizz Air”, “Pegasus Airlines”, “AJet”, “Air Astana”, “Centrum Air”, “China Southern” və digər beynəlxalq aviadaşıyıcılar sərnişinlərə geniş marşrut şəbəkəsi təqdim edir.


Bildirilib ki, yay mövsümündə ən yüksək tələbat ənənəvi olaraq Türkiyənin kurort şəhərləri və Avropanın məşhur turizm mərkəzləri üzrə müşahidə olunur.

Antalya, Bodrum, İzmir, Roma, Milan, Paris, Barselona, Praqa və Vyana kimi istiqamətlər bu mövsümdə sərnişinlərin ən çox üstünlük verdiyi marşrutlar sırasındadır.

Qeyd edilib ki, son illərdə Asiya və Mərkəzi Asiyaya maraq da əhəmiyyətli dərəcədə artıb. Azərbaycan və Çin arasında tətbiq olunan vizasız rejimdən sonra Pekin və Urumçi istiqamətləri sərnişinlər üçün daha cəlbedici olub. Astana, Almatı, Daşkənd, Şımkənd və Səmərqənd kimi şəhərlər isə tarixi İpək Yolu irsi, zəngin mədəniyyəti və inkişaf edən turizm potensialı ilə diqqət çəkir.
 

Bununla yanaşı, yay mövsümündə Bakıdan həyata keçirilən uçuş şəbəkəsi yeni aviaşirkətlərin qoşulması ilə daha da genişlənib. “Air Serbia”- nın Belqrad, “Airblue”-nun Lahor və “FlyOne”-nın Daşkənd istiqamətlərində təklif etdiyi uçuşlar sərnişinlərə daha çox seçim və əlavə səyahət imkanları yaradır.


Artan tələbatı nəzərə alaraq sərnişinlərə səyahətlərini əvvəlcədən planlaşdırmaq və aviabiletlərini erkən əldə etmək tövsiyə olunur. Uçuş cədvəlləri və aviabiletlər barədə ətraflı məlumatı müvafiq aviaşirkətlərin rəsmi internet səhifələrindən əldə etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin