Müxtəlif ölkələrdən Azərbaycana gətirilən yeni sortların yerli şəraitə, xəstəlik və zərərvericilərə qarşı davamlılığını elmi şəkildə öyrənmək vacibdir. Çünki bəzi hallarda xəstəliklər və zərərvericilər nəticəsində məhsul itkiləri təxminən yarıya, 50 %-ə qədər təşkil edir.
Bizim.Media xəbər verir ki, bunu İtaliya–Azərbaycan Universitetinin Kənd Təsərrüfatı və Qida elmləri fakültəsinin müəllimi Sahil Quliyev “Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin ictimai müzakirəsi zamanı deyib.
O bildirib ki, elm, təhsil və tədqiqat fəaliyyətinin inteqrasiyası daha yüksək məhsuldarlığın əldə olunmasına töhfə verəcək. S.Quliyev rəqəmsallaşmanın da mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib:
"Fermerlərin qeydiyyat sistemlərinin təkmil olması, məhsuldarlıq göstəricilərinin rəqəmsal bazalarda toplanılması, süni intellekt və müasir texnologiyaların tətbiqi aqrar sektorda yeni imkanlar yaradır".
O, həmçinin, su ehtiyatlarından səmərəli istifadə olunmasının da əsas hədəf olduğunu qeyd edib.
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:20 / 11.06.2026
Sahil Quliyev: Xaricdən gətirilən sortların xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənilməlidir
Hazırda oxunan: Sahil Quliyev: Xaricdən gətirilən sortların xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənilməlidir
Hazırda oxunan: Sahil Quliyev: Xaricdən gətirilən sortların xəstəlik və zərərvericilərə qarşı davamlılığı öyrənilməlidir
618743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































