“Azərbaycan təxminən 4,8 milyon hektar kənd təsərrüfatına yararlı torpaq fonduna malikdir. Bu göstərici bir çox Avropa ölkələrinin imkanlarını üstələyir. Qarşıda duran əsas vəzifə həmin torpaqların iqtisadi səmərəliliyini artırmaq, elmi yenilikləri istehsalata tətbiq etmək və məhsuldarlığın yeni mərhələsinə nail olmaqdan ibarətdir”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə dinləmədə deyib.
Komitə sədri bildirib ki, qarşıdakı illərdə əsas hədəf torpaq və su ehtiyatlarından maksimum səmərəliliklə istifadə etməklə yüksək əlavə dəyər yaradan aqrar modelin formalaşdırılmasıdır:
"Dövlət Proqramının mühüm istiqamətlərindən biri kənd təsərrüfatının intensiv inkişaf modelinə keçididir. Aqrar istehsalda rəqəmsal texnologiyaların tətbiqi, ağıllı suvarma sistemlərinin genişləndirilməsi, müasir seleksiya və toxumçuluq fəaliyyətinin inkişafı, elmi tədqiqatların istehsalla inteqrasiyası məhsuldarlığın yüksəlməsinə xidmət edən əsas amillərdir".
Deputat vurğulayıb ki, müasir dövrün əsas çağırışlarından biri iqlim dəyişiklikləridir.
"Su ehtiyatlarının idarə olunması, torpaq münbitliyinin qorunması, ekoloji tarazlığın saxlanılması və yaşıl texnologiyaların tətbiqi aqrar siyasətin mühüm istiqamətləri sırasında yer alır. Bu baxımdan proqram dayanıqlı inkişaf prinsiplərini, ekoloji məsuliyyəti və resurslardan səmərəli istifadə yanaşmasını özündə ehtiva edir.
Danılmaz faktordu ki, XXI əsrdə dövlətlərin sabitliyi ərzaq təhlükəsizliyi ilə birbaşa bağlıdır. Həqiqətən də, güclü iqtisadiyyat etibarlı ərzaq sistemi, yüksək məhsuldarlıq, rəqabətqabiliyyətli istehsal və dayanıqlı kənd təsərrüfatı üzərində formalaşır.
Məhz buna görə 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycan iqtisadiyyatının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənədlərdən biri kimi qiymətləndirilməlidir. Proqram ölkənin aqrar potensialının daha səmərəli reallaşdırılmasına, regionların iqtisadi fəallığının yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, ixrac imkanlarının genişlənməsinə və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə güclü töhfə verəcək" - deyə komitə sədri vurğulayıb.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:39 / 11.06.2026
Komitə sədri: “Azərbaycan bu göstəricidə bir çox Avropa ölkələrini üstələyir”
Hazırda oxunan: Komitə sədri: “Azərbaycan bu göstəricidə bir çox Avropa ölkələrini üstələyir”
Hazırda oxunan: Komitə sədri: “Azərbaycan bu göstəricidə bir çox Avropa ölkələrini üstələyir”
618698
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































