“Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının gələn il istifadəyə verilməsi planlaşdırılır”.
Bizim.Media "apa.az"a istinadla xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Texnovasiya - dayanıqlı iqtisadi transformasiya naminə elm və innovasiya" tədbirində deyib.
Onun sözlərinə görə, yük hava limanının tikintisinə 2024-cü ilin martında başlanılıb və bu, Azərbaycanın azad iqtisadi zona ərazisində yerləşən ilk hava limanı olacaq.
V. Ələsgərov bildirib ki, hava limanı yüksək texnologiyalı şirkətlərin cəlb edilməsinə və zonanın logistika imkanlarının genişlənməsinə xidmət edəcək.
O əlavə edib ki, investorları cəlb etmək üçün təkcə vergi və gömrük güzəştləri deyil, həm də hazır infrastruktur, sürətli xidmətlər və əlverişli logistika imkanları vacibdir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:55 / 11.06.2026
Azərbaycanda yeni hava limanı istifadəyə veriləcək – TARİX AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda yeni hava limanı istifadəyə veriləcək – TARİX AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda yeni hava limanı istifadəyə veriləcək – TARİX AÇIQLANDI
618616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































