Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Tariel Abbasov vəfat edib.
Bu barədə Bizim.Media-ya BDU-dan məlumat verilib.
Qeyd edək ki, Tariel Abbasov 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb.
Tariel Abbasov əmək fəaliyyətinə Bakının Yasamal rayonunun 20 saylı orta məktəbində tarix müəllimi kimi başlayıb. 1992-ci ildə Qərb Universitetinin hazırlıq fakültəsində, daha sonra Politologiya kafedrasında baş müəllim, İşgüzar inzibatçılıq fakültəsində dekan müavini işləyib.
1994-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə hərbi xidmətə qəbul olunub, 2009-cu ildə ehtiyata buraxılıb.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:20 / 10.06.2026
Keçmiş MTN zabiti dünyasını dəyişdi - FOTO
Hazırda oxunan: Keçmiş MTN zabiti dünyasını dəyişdi - FOTO
Hazırda oxunan: Keçmiş MTN zabiti dünyasını dəyişdi - FOTO
618389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































