IX sinifdə edilən YANLIŞ – Sonradan düzəltmək mümkün olmur

Hazırda oxunan: IX sinifdə edilən YANLIŞ – Sonradan düzəltmək mümkün olmur

618266

"Potensiallı şagirdlərin 9-cu sinifdən kolleclərə və ya peşə təhsilinə yönləndirilməsinə qarşıyam".

Bu fikirləri təhsil eksperti Ramin Nurəliyev Bizim.Media-ya açıqlamasında deyib.

O bildirib ki, 9-cu sinifdən sonra düzgün istiqamətləndirmə aparılmadıqda, gənclər ya ixtisas seçimində səhv edir, ya da sonradan ali təhsilə keçid imkanlarını itirirlər:

"Düzgün ixtisas seçilmədikdə şagirdlər subbakalavr dərəcəsi alsalar belə, bəzi hallarda ali təhsil müəssisələrinə qəbul ola bilmirlər və peşə təhsili ilə kifayətlənmək məcburiyyətində qalırlar.

Ona görə də 9-cu sinifdə potensialı yüksək olan və ali təhsil alma imkanı olan şagirdlər mütləq şəkildə universitetə cəlb olunmalıdır. Kolleclərə və ya peşə təhsilinə yönləndirmə aparılırsa, düzgün ixtisas seçilməlidir ki, gələcəkdə subbakalavr kimi ali məktəblərə keçid imkanı yaransın”.

Onun sözlərinə görə, bəzi ixtisaslar üzrə ali təhsilə keçid demək olar ki, mümkün olmur:

"Pedoqoji kolleclərin bəzi ixtisasları, eləcə də dizayn, idman və turizm kimi sahələrdə ali təhsil müəssisələrinə keçid imkanları çox məhduddur. Amma iqtisadi yönümlü ixtisaslarda subbakalavr sonrası ali təhsilə qəbul şansı daha yüksəkdir".
 

Ekspert əlavə edib ki, yüksək orta ümumi müvəffəqiyyət göstəricisinə malik tələbələrin ali təhsilə keçid imkanları daha geniş olur. Zəif akademik göstəricisi olan şagirdlərin isə peşə təhsilinə yönləndirilməsi daha məqsədəuyğundur. Burada əsas məsələ düzgün ixtisas seçimi və sistemli istiqamətləndirmədir.


R.Nurəliyev həmçinin vurğulayıb ki, kollec və ya peşə məktəbinə qəbul ola bilməyən yaxud müəyyən müddət oxuduqdan sonra özünü o sahədə görməyən şagirdərin ümumi təhsil müəssisələrinə geri qayıtması mümkün deyil. Çünki belə bir dəyişiklik 9 illik bazadan kolleclərə qəbul prosesində müəyyən problemlərin yaranmasına səbəb ola bilər.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin