Xaçmaz sakini uzunqulağın dişləməsi nəticəsində dünyasını dəyişdi – ÖZƏL

Hazırda oxunan: Xaçmaz sakini uzunqulağın dişləməsi nəticəsində dünyasını dəyişdi – ÖZƏL

618262

Xaçmaz rayonunun Yergüc kəndində bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, belə ki, kənd sakini, 70 yaşlı Murad Müslüm oğlu Əspəndiyev heyvanın hücumuna məruz qalıb.

Kənddəki uzunqulaqlardan biri qəfildən yaşlı kişiyə hücum edərək onu dişləyib. Aldığı xəsarətlərdən Murad Əspəndiyev hadisə yerindəcə dünyasını dəyişib.

Məlumata görə, heyvana quduzluq əleyhinə vaksin vurulubmiş. 14 gün ərzində nəticəsi bilinəcəkmiş.

Faktla bağlı araşdırma aparılır.

Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin