40 yaşdan yuxarı qadınların incə, enerjili və baxımlı qalması bir xəyaldır, yoxsa reallıq?
Əlbəttə, belə qadınlar var, amma nadir hallarda rast gəlinir. Hər qadının öz ideal bədən forması olur və ona uyğunlaşmaq istəyir. Bunun üçün müxtəlif pəhrizlər, fiziki məşqlər, masajlar, bədən bükmələri (obertivaniya), skrablar və sauna kimi üsullardan istifadə edilir. Lakin yaş artdıqca bu üsullar əvvəlki qədər effektiv olmur. Bədən dəyişir, çəki artır, əhval isə pisləşir.
Bizim.Media xarici mütəxəssislərin bu barədə araşdırmalarını təqdim edir:
Yavaş metabolizmin səbəbləri
Məsələ ondadır ki, 40–45 yaşdan sonra qadın orqanizmində bir sıra hormonal dəyişikliklər başlayır. Bu, patoloji deyil, tamamilə təbii prosesdir. Əslində isə metabolizmin ciddi şəkildə “yavaşlamasından” söhbət getmir. Alimlər müəyyən ediblər ki, 20–60 yaş aralığında ümumi enerji sərfiyyatı demək olar ki, dəyişmir, amma bu, aktiv həyat tərzi olduqda keçərlidir.
Lakin 45 yaşdan sonra tədricən bazal metabolizm sürəti azalır, yəni orqanizm həyati funksiyaları saxlamaq üçün bir qədər az enerji sərf edir. Bir çox insan bu yaş xüsusiyyətini nəzərə almadığı üçün artıq kalorilər asanlıqla qarın, bud, qol və omba nahiyələrində yağ kimi toplanır.
40 yaşdan sonra qadınlar tədricən klimakterik dövrə daxil olur, daha sonra isə menopauza başlayır. Bu yaşda artıq çəkinin əsas səbəblərindən biri hormonal fonun dəyişməsidir. Nəticədə iştaha nəzarət çətinləşə və yağ yığılması arta bilər.
Normal çəkini necə saxlamaq olar?
Yuxarıda sadalanan səbəblər qadın orqanizmində yaşlanma ilə bağlı fizioloji dəyişikliklərə aiddir və onları tamamilə aradan qaldırmaq mümkün deyil, lakin problemin mahiyyətini anlayaraq həyat tərzini düzgün şəkildə tənzimləmək olar. İlk növbədə, 45 yaşdan sonra çəki artımına səbəb ola biləcək xəstəliklər istisna edilməlidir. Bunun üçün endokrinoloq və ginekoloqa müraciət vacibdir. Bu mütəxəssislər hormonal pozuntuları müəyyən etməyə kömək edirlər. Çox vaxt məhz hormon balansının pozulması nəzarətsiz çəki artımına səbəb olur.
Nə yemək lazımdır?
Əgər sağlamlıqda problem yoxdursa, qidalanmaya ciddi diqqət yetirilməlidir. 40 yaşdan sonra qidalanma 20–30 yaşdakı kimi olmamalıdır, gündəlik kalori miqdarı azaldılmalıdır:
40 yaşda qadın üçün orta gündəlik norma -1800 kkal, 45 yaşdan sonra isə 1600 kkal-dan çox olmamalıdır.
Əsas qidalanma qaydaları:
Duz istifadəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq gündə 5 qramadək azaltmaq;
Sadə şəkərləri (şirin içkilər, konfet, tort, peçenye və s.) minimuma endirmək və ya çıxarmaq;
Kolbasa, yağlı ətlər, qaz və ördək əti, paştet və digər yağlı məhsullardan imtina etmək;
Liflə zəngin tam taxıllı məhsullardan istifadə etmək (xolesterini azaltmağa kömək edir);
Qidalanmada tərəvəzlərə üstünlük vermək, xüsusilə tünd yaşıl yarpaqlı tərəvəzlər (kalsium və K vitamini mənbəyi kimi);
Az yağlı süd məhsulları (kəsmik, kefir, yoqurt və s.) qəbul etmək;
Giləmeyvə və meyvələri rasiona daxil etmək, xüsusilə tünd rəngli meyvələr antioksidantlarla zəngindir;
Yağsız ətlər (mal əti, dana, toyuq filesi, hinduşka) istehlak etmək;
Balıq və dəniz məhsullarını rasiona əlavə etmək (Omega-3 və Omega-6 yağ turşuları üçün).
Digər vacib məqamlar:
Gündə ən azı 1,5 litr su içmək;
Həftədə 1–2 dəfə “yüngülləşdirici günlər” etmək (kaloriyanı 20–40% azaltmaq);
Səhər yeməyini mütləq qəbul etmək;
Gecə ac yatmamaq, lakin axşam yüngül qidalanmaq;
Sərt pəhriz və aclıqdan qaçmaq (xüsusilə menopauza dövründə bu, sağlamlıq riskləri yaradır);
Arıqlama sürəti sağlamlıq üçün ayda maksimum 4 kq olmalıdır.
Bu çətindir, bəs nə etməli?
Yaşla bağlı dəyişikliklərə uyğun həyat tərzi qurmaq vacibdir. Lakin uzun illərin vərdişlərini dəyişmək asan deyil. Bu halda endokrinoloqla məsləhətləşərək iştahanı azaldan preparatlar da nəzərdən keçirilə bilər.
Məsələn, semaglutid adlı preparat (GLP-1 reseptor agonisti) beyində toxluq siqnallarını gücləndirir, aclığı azaldır və qida qəbuluna nəzarəti asanlaşdırır. Eyni zamanda insulin ifrazını tənzimləməyə və metabolik göstəriciləri yaxşılaşdırmağa kömək edir.
Nəticədə, pəhrizə keçid daha asan olur və yeni qidalanma vərdişlərinə uyğunlaşma rahatlaşır. Dərman dayandırıldıqdan sonra adətən ciddi “geri dönmə effekti” müşahidə olunmur.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:20 / 09.06.2026
45 yaşdan sonra arıqlamaq niyə ÇƏTİNDİR? - ARAŞDIRMA
Hazırda oxunan: 45 yaşdan sonra arıqlamaq niyə ÇƏTİNDİR? - ARAŞDIRMA
Hazırda oxunan: 45 yaşdan sonra arıqlamaq niyə ÇƏTİNDİR? - ARAŞDIRMA
618235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































