Kartdan karta ödənişlərdə rüsum tutulması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Kartdan karta ödənişlərdə rüsum tutulması ilə bağlı RƏSMİ AÇIQLAMA

618169

Kartdan karta ödənişlər üzrə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən rüsum nəzərdə tutulmur.

Bizim.Media xəbər verir ki, bunu AMB-nin İdarə Heyətinin üzvü Vüsal Xəlilov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kartdan karta ödənişlərlə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rüsum nəzərdə tutulmur:

"AMB tarif siyasəti mövcuddur və bu tariflər mütəmadi olaraq nəzərdən keçirilir. Bununla belə, bu xidmətlər bankların öz məhsul və xidmətləri çərçivəsində təqdim olunur və hər hansı bank bu istiqamətdə tarif tətbiq etmək barədə müstəqil qərar qəbul edə bilər".

O bildirib ki, hazırda AMB səviyyəsində bu cür rüsumların tətbiqi ilə bağlı hər hansı təşəbbüs və ya plan mövcud deyil. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin