Bu gün sonuncu zəvvar qrupları vətənə qayıdır. Bununla da Həcc ziyarəti başa çatır.
Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
Onun sözlərinə görə, zəvvarlar iki reyslə qayıdacaqlar:
"Biz birinci reyslə qayıdırıq. Bir azdan təyyarəyə minirik. Bu təyyarədə 150 nəfər zəvvar olacaq. Axşam reysi ilə isə sonuncu zəvvar qrupu vətənə qayıdacaq. Həmin reysdə isə 100 nəfər zəvvar var. Bununla Həcc missiyası başa çatır. Yeni ziyarətə yollanan kvota üzrə hamı artıq ziyarətini başa vurub vətənə dönür. Hamı özünü yaxşı hiss edir. Heç kimin səhhətində hansısa problem yaranmayıb", - o bildirib.
Qeyd edək ki, hacıların Azərbaycana ilk geri dönüş reysləri iyunun 6-da səhər və axşam saatlarında həyata keçirilib. İkinci qrup isə iyunun 7-də vətənə qayıtmışdılar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:36 / 09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır
Hazırda oxunan: Bu gün Həcc ziyarəti başa çatır
Hazırda oxunan: Bu gün Həcc ziyarəti başa çatır
618160
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































