Bağ sahəsində görülən işlər düzgün yanaşma ilə həyata keçirildikdə yaxşı fiziki məşq hesab oluna bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Qazeta.ru”ya balet məşqçisi Akulina Baxturina danışıb.
Onun sözlərinə görə, bağdakı bir çox fəaliyyət növü həm güc, həm kardio, həm də dözümlülük məşqi effekti yaradır.
Mütəxəssis bildirib ki, alaq otlarının təmizlənməsi zamanı əsasən omba, bud və qarın əzələləri işləyir. Lakin əksər hallarda insanların belini əyilmiş vəziyyətdə saxlaması onurğaya əlavə yük yaradır. Bu fəaliyyət saatda təxminən 150-250 kilokalori enerji sərf etməyə imkan verir.
Toxum səpini və əkin işləri isə davamlı əyilmə, oturub-durma hərəkətləri və əl əməyi tələb edir.
Bu zaman saatda 180-300 kilokalori enerji sərf olunur. Baxturina daha çox oturub-durma hərəkətlərindən istifadə etməyi, əyilmələri isə minimuma endirməyi tövsiyə edib.
Onun sözlərinə görə, kürəklə torpaq qazmaq ən çox enerji tələb edən işlərdən biridir. Bu fəaliyyət saatda 300-600 kilokalori yandırmağa imkan verir ki, bu da orta intensivlikli idman zalı məşqi ilə müqayisə oluna bilər.
Vedrə ilə su daşımaq və ya torpaq kisələrinin daşınması zamanı isə qollar, çiyinlər, ayaqlar və omba əzələləri aktiv işləyir. Belə fəaliyyət saatda 300-500 kilokalori enerji sərf etdirir.
Mütəxəssis qeyd edib ki, bağ işləri zamanı ən çox rast gəlinən problem bel zədələridir.
Buna səbəb insanların ağır yük qaldırarkən və ya işləyərkən düzgün bədən mövqeyinə əməl etməməsidir. Baxturina isti havalarda görülən işlərin ürək-damar sisteminə əlavə yük yaratdığını da vurğulayıb. O, ağır fiziki işlərin səhər və ya axşam saatlarında görülməsini, gün ərzində kifayət qədər su qəbul edilməsini tövsiyə edib.
Məşqçi əlavə edib ki, bağ işləri idman zalındakı tam proqramlı məşqləri əvəz edə bilməsə də, gündəlik fiziki aktivliyin artırılması və sağlam həyat tərzinin qorunması baxımından faydalıdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:37 / 09.06.2026
Arıqlamaq üçün nə pəhrizə, nə də idmana ehtiyac var... – Ən asan yolu AÇIQLANDI
Hazırda oxunan: Arıqlamaq üçün nə pəhrizə, nə də idmana ehtiyac var... – Ən asan yolu AÇIQLANDI
Hazırda oxunan: Arıqlamaq üçün nə pəhrizə, nə də idmana ehtiyac var... – Ən asan yolu AÇIQLANDI
618133
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































