Bu 7 ƏLAMƏT varsa, problem səndə yox, nəsildəndir

Hazırda oxunan: Bu 7 ƏLAMƏT varsa, problem səndə yox, nəsildəndir

618088

Bəzən insan illərlə özünü dəyişməyə çalışır. Kitablar oxuyur. Təlimlərə qatılır. Terapiya alır. Amma eyni problemlər yenə təkrarlanır. Eyni qorxular. Eyni uğursuz münasibətlər. Eyni pul çətinlikləri. Müasir psixologiyada buna "nəsillərarası ötürülən davranış və emosional nümunələr" deyilir.

Bizim.Media "medicina.az"a istinadla xəbər verir ki, bu əlamətlərdən bir neçəsi səndə varsa, problemin kökü təkcə sənin şəxsi həyat hekayəndə olmaya bilər.

1. Ailədə, nəsildə hamı pul qazanmaqda çətinlik çəkir və ya qazanmır

Nə qədər çalışsan da, qazancın əlində qalmır. Araşdırmalar göstərir ki, uşaqlar pul haqqında inanclarını əsasən ailədən öyrənirlər. Əgər ailədə daim: "pul çətin qazanılır", "varlılar pis adamlardır", "bizim qismətimiz belədir"kimi fikirlər olubsa, bu inanclar sonrakı nəsillərə də keçə bilər.

2. Qadınlar və ya kişilər tək qalıb, ailə qura bilmir, boşanır

Nənə, ana, xala və digər ailə üzvlərində oxşar münasibət problemləri olubsa, insan şüuraltı olaraq eyni münasibət nümunələrini təkrarlaya bilər.

3. Daim özünü günahkar, zəif hiss etmək

Heç bir səbəb olmadan özünü məsul hiss etmək bəzən ailədə uzun müddət davam etmiş emosional yükün əlaməti ola bilər.

4. Özündən çox başqalarını düşünür, kömək edirsən

Hamının problemini həll etməyə çalışır, amma öz ehtiyaclarını arxa plana atırsan.
Bu xüsusiyyət çox vaxt ailədə erkən yaşda böyüklərin məsuliyyətini daşıyan uşaqlarda formalaşır.

6. Səbəbsiz qorxular var

Pul itirmək. Tərk edilmək. Xəstələnmək. Uğursuz olmaq.

Bu qorxuların bəziləri şəxsi təcrübədən deyil, ailədə illərlə danışılan hadisələrdən formalaşa bilər.

7.Ailənizdə eyni xəstəliklər və ölüm formaları var

Müasir elm göstərir ki, uzunmüddətli stress bəzi bioloji sistemlərə təsir göstərə və nəsillərarası risklər yarada bilər. Bu, taleyin dəyişməz olması demək deyil, sadəcə müəyyən meyllərin mövcud ola biləcəyini göstərir. İnsan kökü anladıqca, dəyişiklik etmək imkanları da artır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin