Şabranda şəhid anası vəfat etdi - FOTO

Hazırda oxunan: Şabranda şəhid anası vəfat etdi - FOTO

617759

Şabran rayonunun Gəndov kəndində yaşayan şəhid anası Sevda Salahova dünyasını dəyişib.

Məlumatı "Vətən naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Əbdülhəlimova Bizim.Media-ya təsdiqləyib. Onun sözlərinə görə, Sevda Salahova uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, onun oğlu Füzuli Salahov 2017-cı il dekabrın 13-də Füzuli rayonu ərazisində düşmən təxribatının qarşısını alarkən şəhid olub.

Şəhid anası Sevda Salahova bu gün Şabran rayonunun Gəndov kənd qəbiristanlığında torpağa tapşırılıb.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin