Yasamal RİH-dən mənzilin qanunsuz sökülməsi iddialarına CAVAB - FOTO

Hazırda oxunan: Yasamal RİH-dən mənzilin qanunsuz sökülməsi iddialarına CAVAB - FOTO

617564

Yasamal Rayon İcra Hakimiyyəti (RİH) paytaxtın Zərgərpalan küçəsi, 29 ünvanında yerləşən mənzilin sahibinin xəbəri olmadan sökülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bizim.Media xəbər verir ki, qurumdan bildirilib ki, sosial şəbəkələrdə vətəndaşa məxsus mənzilin onun xəbəri olmadan naməlum şəxslər tərəfindən sökülməsi barədə yayılan məlumatlar əsassızdır.

RİH-in məlumatına görə, sözügedən ərazidə istismar müddətini başa vurmuş, qəzalı vəziyyətdə olan və şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsü həyata keçirilir:

"Bu proses qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə və sakinlərə müvafiq kompensasiyalar ödənilməklə aparılır".

Açıqlamada qeyd olunub ki, mənzilin sahibi N.Nəbiyev cari ilin 23 aprel tarixində müvafiq razılıq protokolu imzalayıb:

"Bununla da ona təklif olunan kompensasiya məbləği ilə razılaşdığı təsdiq edilib. Bu səbəbdən mənzilin sahibinin məlumatı və razılığı olmadan söküntü aparılması barədə yayılan iddialar həqiqəti əks etdirmir".

Qurum, həmçinin vurğulayıb ki, ərazidə söküntü işləri aidiyyəti qurumların iştirakı ilə, tərəflərin qarşılıqlı razılığı əsasında və qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin