Bu resepti bilənlər artıq dondurma almır

Hazırda oxunan: Bu resepti bilənlər artıq dondurma almır

617535

Yay mövsümündə həm uşaqların, həm də böyüklərin sevimlisi olan dondurmanı ev şəraitində hazırlamaq mümkündür. Bunun üçün xüsusi avadanlığa və ya çoxlu ərzağa ehtiyac yoxdur.

Bizim.Media xəbər verir ki, ən sadə üsullardan biri bananlı dondurma hazırlamaqdır.

Bunun üçün 2-3 ədəd yetişmiş bananı doğrayaraq bir neçə saat dondurucuda saxlayın. Daha sonra onları blenderdən keçirərək krem halına salın. İstəyə görə kakao, bal və ya şokolad qırıntıları da əlavə edə bilərsiniz.
 

Digər asan resept üçün isə 500 millilitr qaymaq və 1 banka qatılaşdırılmış süd kifayətdir. Qaymağı mikserlə çalıb qatılaşdırılmış südlə qarışdırın. Qarışığı uyğun qaba tökərək 6-8 saat dondurucuda saxlayın. Nəticədə mağazada satılan dondurmalardan geri qalmayan ləzzət əldə edəcəksiniz.


Mütəxəssislər bildirirlər ki, evdə hazırlanan dondurmalar daha təbii tərkibə malik olur və tərkibində əlavə konservantlar olmur. Buna görə də son illər ev şəraitində hazırlanan dondurmalara maraq xeyli artıb. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin