Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrində fənn müəllimlərinin qəbuluna başlanılır.
Bizim.Media xəbər verir ki, Regional Təhsil İdarəsindən "unikal.az"a verilən məlumata görə, həmin məktəblər aşağıdakılardır:
Şəki şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbi
Balakən şəhər Zərifə Əliyeva adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi
Qax şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi
Zaqatala şəhər 5 nömrəli tam orta ümumtəhsil məktəbi
Qəbələ şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi
Adı çəkilən təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçiriləcək.
Odur ki, qeyd olunan təhsil müəssisələrində çalışmaq və gələcək uğurlu nəslin formalaşmasında rol oynamaq istəyən müəllimləri müsahibə üçün qeydiyyatdan keçməyə dəvət edirik.
Müsahibədə iştirak şərti:
MİQ, DQ və ya Sertifikatlaşdırma göstəricisi 85% və daha yüksək olan ali təhsilli müəllimlər.
Qeydiyyat üçün son tarix: 30 iyun
Qeydiyyat linki: //forms.gle/HHKC6aE95iJSEGb86
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:36 / 06.06.2026
Bu məktəblərə müəllim qəbulu elan edildi - SİYAHI
Hazırda oxunan: Bu məktəblərə müəllim qəbulu elan edildi - SİYAHI
Hazırda oxunan: Bu məktəblərə müəllim qəbulu elan edildi - SİYAHI
617502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































