“Tam buğda unu insan orqanizmi üçün ən faydalı un növüdür”.
Bizim.Media xəbər verir ki, bu sözləri həkim-qastroenteroloq Yekaterina Kaşux "Gazeta.Ru"ya müsahibəsində bildirib.
O həmçinin qeyd edib ki, naxud və kətan unları da böyük fayda verə bilər.
"Əgər siz vərdiş etdiyiniz ali dərəcəli ağ buğda unundan tamamilə imtina etməyə hazır deyilsinizsə, ən optimal variant ağ unun 15–20%-ni tam buğda unu və ya alternativ növlərlə (məsələn, naxud və ya kətan unu) əvəz etməkdir. Bu, bişirdiyiniz təamların dadını və toxumasını kəskin şəkildə dəyişmədən, onları vitaminlər, minerallar və liflərlə zənginləşdirərək qida dəyərini əhəmiyyətli dərəcədə artıracaq", — deyə Kaşux bildirib.
Qastroenteroloq vurğulayıb ki, dənli bitkilər nə qədər az emala məruz qalarsa, tərkibindəki faydalı maddələr bir o qədər çox qorunub saxlanılır.
Onun sözlərinə görə, ali dərəcəli buğda unu üyüdülmə zamanı qabığı və rüşeymi çıxarıldığı üçün tərkibindəki mineralları, vitaminləri və lifləri itirir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
03:43 / 06.06.2026
Unun hansı növü daha FAYDALIDIR?
Hazırda oxunan: Unun hansı növü daha FAYDALIDIR?
Hazırda oxunan: Unun hansı növü daha FAYDALIDIR?
617486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































