Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə REAKSİYA

Hazırda oxunan: Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə REAKSİYA

617482

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq şöbə müdiri Şaiq Qənbərli cinayət məsuliyyətinə cəlb edilməsi barədə yayılan xəbərlərə reaksiya verib.

Bizim.Media "qafqazinfo.az"a istinadla xəbər verir ki, sözügedən məsələ ilə bağlı açıqlama verən Ş. Qənbərli haqqında yazılanların tamamilə yalan və şər-böhtan xarakterli olduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI : 

Evli qadını qaçıran sabiq şöbə müdirinə yeni cinayət işi açıldı


Sabiq şöbə müdiri barəsində hər hansı bir hüquqi addımın atılmadığını vurğulayıb

“Şəxsin hər hansı cinayət işi üzrə təqsirli bilinməsi və məsuliyyətə cəlb olunması yalnız məhkəmə qərarından sonra müəyyən olunur. Qeyd etmək istəyirəm ki, mənim barəmdə heç bir cinayət işi başlanılmamış və təqsirləndirilən şəxs kimi heç bir cinayət işinə cəlb olunmamışam”.

Qeyd edək ki, onun cinayət məsuliyyətinə cəlb olunması barədə ilk məlumatı “Bakupost.az” saytı yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin