Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ

617420

“Sürücülük vəsiqələrinin əvvəlcə müəyyən müddətə sınaq üçün verilməsi haqqında qayda tətbiq etmək daha məqsədəuyğun olar”.

Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı Bizim.Media-ya açıqlamasında mövzu ilə bağlı danışarkən qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

BU ŞƏXSLƏR iki ildən bir sürücülük vəsiqəsi almalıdır


Onun sözlərinə görə, şəxs bu vaxt ərzində özünü doğruldarsa, ona da digər sürücülər kimi uzunmüddətli sürücülük vəsiqəsi verilə bilər:

“Bir çox ölkələrdə bu təcrübə mövcuddur. Sürücülük vəsiqələri əvvəlcə sınaq müddəti ilə təqdim olunur. Şəxs həmin dövrdə kobud qayda pozuntularına yol vermir və ağır yol-nəqliyyat hadisəsi törətmirsə, növbəti dəfə ona bu vəsiqə 10 il müddətinə verilir. Bizdə də bu təcrübənin tətbiqinə baxmaq olar”.

Ekspert qeyd edir ki, hazırda praktiki imtahandan uğurla keçə bilməyən sürücülərin sayı kifayət qədərdir. Çünki kitabı oxuyub suallara cavab verməyin əksinə avtomobili idarə etmək bacarıq tələb edir.


“Mövcud qaydalara yenidən baxmaq və onları müəyyən formada təkmilləşdirmək olar ki, sürücülərin peşəkarlıq səviyyəsi daha da artsın”, - deyə o, vurğulayıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin