Kibertəhlükəsizliyin gücləndirilməsində Özbəkistan təcrübəsi – Hansı addımlar atılıb?

Hazırda oxunan: Kibertəhlükəsizliyin gücləndirilməsində Özbəkistan təcrübəsi – Hansı addımlar atılıb?

617225

“Son beş il ərzində Özbəkistan kibertəhlükəsizlik sahəsində səylərini geniş şəkildə artırıb. Mindən artıq mütəxəssisin bilik və bacarıqlarının artırılmasına yönəlmiş treninqlər təşkil olunub və bu sahədə böyük insan kapitalının yaradılmasına nail olunub”.

Bizim.Media xəbər verir ki, bunu Özbəkistan Respublikasının Kibertəhlükəsizlik Mərkəzi, Dövlət qurumlarında kibertəhlükəsizlik məsələlərinin koordinasiyası şöbəsinin müdiri Azamat Abdullayev lV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirəsində deyib.

O bildirib ki, son illərdə Özbəkistanda kibertəhlükəsizliklə bağlı qanunvericilik aktları qəbul olunub:

"Son illər ərzində Özbəkistan öz kibertəhlükəsizlik şəbəkəsini olduqca gücləndirib. Bir neçə qanunvericilik aktları yenilənib və ya yeniləri qəbul edilib. Qanunvericilik bazası əhəmiyyətli dərəcədə gücləndirilib. Həmçinin bununla bağlı ölkə prezidentinin fərmanı da mövcuddur".

Özbəkistan Respublikasının Kibertəhlükəsizlik Mərkəzinin nümayəndəsinin sözlərinə görə, qurum bu sahədə olan hadisələri təhlil edir. Bütün daxil olan təhdidləri analiz edib, onları maraqlı tərəflərə çatdırır.

Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin