“Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb, Milli Məclisdə 11 qanun qəbul edilib”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib.
62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
“Dövlətimiz tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib”, - deyə komitə sədri əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:25 / 03.06.2026
Məcburi köçkünlərə DÖVLƏT QAYĞISI – İcra olunan sosial dəstək mexanizmləri
Hazırda oxunan: Məcburi köçkünlərə DÖVLƏT QAYĞISI – İcra olunan sosial dəstək mexanizmləri
Hazırda oxunan: Məcburi köçkünlərə DÖVLƏT QAYĞISI – İcra olunan sosial dəstək mexanizmləri
616932
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































