Xankəndidə 3 mindən çox abonent su təchizatı xidmətindən istifadə edir - FOTO

Hazırda oxunan: Xankəndidə 3 mindən çox abonent su təchizatı xidmətindən istifadə edir - FOTO

616928

Xankəndi şəhərində su təchizatı və kanalizasiya sistemlərinin fəaliyyəti təmin olunub.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə şəhərin əsas su mənbələri Xəlfəli çayı, Cəmilli və Ballıca kəndləri istiqamətindən çəkilmiş magistral su kəmərləri, eləcə də 15 subartezian quyusudur.

Şəhər 10 hidravlik zonaya bölünüb və ümumi həcmi 15 min kubmetr olan su anbarları ilə təmin edilir. Xankəndidə 104 kilometr uzunluğunda su şəbəkəsi, 67 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, iki sutəmizləyici qurğu və xlorlama sistemi fəaliyyət göstərir.

Hazırda şəhərdə fəaliyyətini bərpa etmiş dövlət qurumları və müxtəlif təşkilatların əməkdaşlarının yaşadığı 3264 abonentə xidmət göstərilir.

Qeyd edək ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə ümumilikdə 72 ailə köçürülüb.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin