4-cü Milli Kibertəhlükəsizlik Forumuna BÖYÜK MARAQ – 1500-dən çox iştirakçı qeydiyyatdan KEÇDİ

Hazırda oxunan: 4-cü Milli Kibertəhlükəsizlik Forumuna BÖYÜK MARAQ – 1500-dən çox iştirakçı qeydiyyatdan KEÇDİ

616885

“4-cü Milli Kibertəhlükəsizlik Forumuna göstərilən yüksək maraq Azərbaycanın regionun kibertəhlükəsizlik əməkdaşlığı mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Baş katibi Fidan Əhmədova bildirib.

O qeyd edib ki, Forum üçün qeydiyyatın qısa müddətdə tamamlanması və 1500-dən çox iştirakçının qeydiyyatdan keçməsi kibertəhlükəsizlik sahəsinə marağın sürətlə artdığını göstərir:

“Sevindirici haldır ki, bu maraq yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də müşahidə olunur. AKTA-nın son illərdə formalaşdırdığı güclü beynəlxalq əlaqələr sayəsində tərəfdaş ölkələrdən dövlət qurumları, beynəlxalq təşkilatlar, texnologiya şirkətləri və sahə ekspertləri forumda iştirak etmək üçün Bakıya gəlirlər.

Bu il xüsusilə Türk Dövlətləri Təşkilatına üzv ölkələr, Şərq Tərəfdaşlığı regionu və digər beynəlxalq tərəfdaşlarımız tərəfindən foruma böyük maraq göstərilir. Bir sıra xarici şirkətlər və təşkilatlar həm iştirakçı, həm də sponsor qismində tədbirə qoşulmaq istəklərini ifadə ediblər.

Forumun uğurunda bütün sponsor və tərəfdaşlarımızın böyük rolu var və onlara xüsusi təşəkkür edirik.

Forumun əsas tərəfdaşı Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzidir. Platin sponsorlar Azercell, Proxima Cyber Security, Caspel və B&B Security şirkətləridir. Qızıl sponsorlar sırasında AzInTelekom, i-Intelligent IT Distribution, Risk Company, ESET Cybersecurity və Trend AI yer alır.

Gümüş sponsorlar Clico, Seeton, Binalyze və OctoXLabs şirkətləridir. Təşkilati dəstək RAR Events tərəfindən göstərilir. Media tərəfdaşlarımız isə Azərtac, ARB 24, Report İnformasiya Agentliyi, Bizim.Media, Tech.Az, Tedroit, AVTOFM 107.7, Dalğa FM 92.5 və Planet FM-dir.

Onların hər birinə göstərdikləri dəstəyə görə təşəkkür edirik. Bu əməkdaşlıq forumun daha geniş miqyas almasına və beynəlxalq səviyyədə kibertəhlükəsizlik sahəsində mühüm platformaya çevrilməsinə böyük töhfə verir. İnanırıq ki, bu forum yeni əməkdaşlıqların qurulmasına və ölkəmizin kibertəhlükəsizlik ekosisteminin daha da güclənməsinə xidmət edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin