Biləsuvarda iki yük maşını toqquşub: ölən var - FOTO

Hazırda oxunan: Biləsuvarda iki yük maşını toqquşub: ölən var - FOTO

616855

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində baş verib.
 

İlkin məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Ford Transit” markalı yük avtomobili toqquşub. Qəza nəticəsində “Mercedes” markalı yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ağayev Kəramət Bəylər oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.


“Ford Transit” markalı yük avtomobilini isə Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Babayev Ələddin İmamverdi oğlu idarə edib.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin