Britaniyada ölkə tarixinin ƏN UZUN BOŞANMA davası başa çatıb

Hazırda oxunan: Britaniyada ölkə tarixinin ƏN UZUN BOŞANMA davası başa çatıb

616833

Böyük Britaniyada tam 23 il davam edən boşanma prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
 

Qəzetin məlumatına görə, hər şey 2002-ci ilin mayında Varşa Qohilin əri Bhadreş Qohili xəyanətdə və nalayiq davranışda ittiham edərək boşanmaq üçün məhkəməyə müraciət etməsi ilə başlayıb. 2004-cü ildə məhkəmə qadına 270 min funt-sterlinq (təxminən 363 min dollar) və ailənin "Peugeot" avtomobilini təzminat olaraq təyin edib.


Lakin sonradan məlum olub ki, qadının əri aktivlərinin bir hissəsini dünyanın müxtəlif ölkələrində yaşayan hüquqi şəxslərin hesablarında gizlədib.

"Times" qeyd edir ki, 2011-ci ildə Bhadreş Qohil çirkli pulların yuyulması və saxtakarlıq ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Krallığın Prokurorluq Xidməti onun dünyanın hər tərəfinə yayılmış 28 milyon funt-sterlinqlik (təxminən 37 million dollar) aktivlərini dondurub.

Yekun qərarda məhkəmə prokurorluğun bu pulların hamısının cinayət yolu ilə əldə olunduğunu sübut edə bilmədiyinə qərar verib.

Vəsaitlərin bir hissəsinin nikah dövründə sahibkarlıq fəaliyyətindən əldə edilən qanuni gəlir olduğu müəyyən edilib.

Nəticədə, 23 ildən sonra məhkəmə Varşa Qohilə keçmiş ərinin aktivlərindən 6,6 milyon funt-sterlinq (təxminən 8,9 milyon dollar) ödənilməsinə qərar verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin