Bərdənin 18 kəndində və iki qəsəbəsində qaz kəsiləcək

Hazırda oxunan: Bərdənin 18 kəndində və iki qəsəbəsində qaz kəsiləcək

616756

Bərdə rayonunda bir sıra yaşayış məntəqələrinin qaz təchizatında fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 5-də saat 11:00-dan etibarən işlər başa çatanadək Bərdənin 18 kəndi və iki qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.


Qeyd olunub ki, təmir işləri yekunlaşdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Hansı kənd və qəsəbələrdə qazın verilişinin dayandırılacağı isə açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin