İrandan XƏBƏRDARLIQ: ABŞ ilə müharibə “qaçılmazdır"

Hazırda oxunan: İrandan XƏBƏRDARLIQ: ABŞ ilə müharibə “qaçılmazdır"

616771

Tehran növbəti dəfə Vaşinqtonun ünvanına sərt bəyanatlarla çıxış edərək, İran ilə ABŞ arasında birbaşa hərbi toqquşmanın baş vermə ehtimalının yüksək olduğu barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahının nümayəndəsi Məhəmməd Cəfər Əsədi bəyan edib ki, ABŞ İranın tamamilə təslim olmasına çalışır, lakin İran xalqı heç vaxt bu cür şərtlərlə razılaşmayacaq.
 

"Təslim olmağa yer qalmayanda, qarşıda müharibə dayanır; ona görə də biz gözləyirik", — deyə o vurğulayıb və əlavə edib ki, Tehran hələ bütün imkanlarını işə salmayıb və ehtiyac yaranarsa, əlindəki "kozir kartlarından" istifadə etməyə hazırdır.


SEPAH-ın rəsmi nümayəndəsi Hüseyn Möhibbi isə öz növbəsində bildirib ki, düşmən tərəfindən hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə, döyüşlərin xarakteri köklü şəkildə dəyişəcək.

"Əgər düşmən döyüş meydanına qayıtsa, əməliyyatın xarakteri, döyüşün coğrafiyası və istifadə olunan silahlar artıq fərqli olacaq", — deyə o bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin