Rubio: "İran ilk dəfə olaraq Amerikanın bir çox şərtlərini qəbul edir"

Hazırda oxunan: Rubio: "İran ilk dəfə olaraq Amerikanın bir çox şərtlərini qəbul edir"

616842

“İran nüvə silahı əldə etmək üzrə idi və əgər "Epik Qəzəb" əməliyyatı keçirilməsəydi, artıq gec olardı.

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsinin iclasında səsləndirib.
 

Rubio Tehranın hərbi gücünün kəskin şəkildə zəiflədiyini xatırladaraq əlavə edib ki, İran İslam Respublikası tarixdə ilk dəfə olaraq razılığa gəlmək üçün ABŞ-ın nəzərdə tutduğu bir çox şərtləri qəbul edib.


Onun sözlərinə görə, İran siyasi güc strukturundakı çatlar və mesajların çatdırılmasının uzun vaxt aparması danışıqları uzadıb.

Rubio vurğulayıb ki, danışıqlar ABŞ-ın istədiyi məqsədə çatmasa, Birləşmiş Ştatlar digər variantlara əl atacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin