Ermənistanda rusiyalı oliqarx Samvel Karapetyanın tərəfdarı və "Milli dəyərlərin bizə uyğun qorunması" ("Bizim dildə danışmaq") QHT-sinin rəhbəri Alik Aleksanyan saxlanılıb.
Bizim.Media xəbər verir ki, istintaqın məlumatına görə, o, 2025-ci ilin sentyabrından 2026-cı ilin mayınadək təxminən 1400 nəfəri saxta sənədlə işə düzəldib.
İddia olunur ki, burada real məqsəd insanları Karapetyana, "Bizə uyğun" QHT-sinə və "Güclü Ermənistan" partiyasına dəstək aksiyalarına cəlb etmək olub.
Aleksanyana qarşı toplantı iştirakçılarını ələ alma (rüşvət vermə) və külli miqdarda pul yuyulması maddələri ilə cinayət işi açılıb.
Həmçinin Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" blokunun qərargahlarında da axtarışların aparıldığı bildirilir.
Bizim.Media



































































































