Vaqif prospektindəki xətlənmə çaşqınlıq yaratdı – FOTO

Hazırda oxunan: Vaqif prospektindəki xətlənmə çaşqınlıq yaratdı – FOTO

616759

Sosial şəbəkələrdə Bakının müxtəlif küçə və prospektlərində yol hərəkətinin təşkilində və xətlənmələrdə edilmiş dəyişikliklər müzakirə olunur.

Bizim.Media xəbər verir ki, son olaraq Vaqif prospektində aparılmış xətlənmə işləri ilə bağlı çaşqınlıq yarandığı bildirilib.

Ərazidən video paylaşan sürücü zolaqların eninin müxtəlif olmasının və mikromobillik zolağının kənarındakı çıxıntıların anlaşılmadığını, onlarda çaşqınlıq yaratdığını bildirib.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Vaqif prospektində xətlənmə aparılarkən normativlərə əməl edilib.

“Vaqif prospektində sağ zolaq sərnişinlərin minib-düşməsi məqsədilə daha enli təşkil edilib. Yol boyu 3.28 yol nişanları quraşdırılıb. Bu həll sağ zolaqda qısamüddətli dayanma edən nəqliyyat vasitələrinin arxadan gələn axının hərəkətinə mane olmaması üçün tətbiq olunur.

Zolaqların başlanğıcında və sonunda yarımdairə buferlər isə nəqliyyat vasitələrinin konkret dayanma ərazisini müəyyən edir. Bu buferlər kəsişən küçələrə daxil olan və prospektə çıxan avtomobillərin təhlükəsiz manevr radiusunu qorumaq məqsədi daşıyır”, - məlumatda qeyd edilib. (Qafqazinfo.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin