Rusiyanın Ermənistanda xaos yaratmaq PLANI – Seçkiöncəsi təxribat ssenarisinin DETALLARI

Hazırda oxunan: Rusiyanın Ermənistanda xaos yaratmaq PLANI – Seçkiöncəsi təxribat ssenarisinin DETALLARI

616633

Ermənistanda seçkilər yaxınlaşdıqca Moskva İrəvana təhdidləri və təzyiqləri daha da artırır. "Erməni dosyesi" teleqram kanalının yazdığına görə, Rusiya Prezident Administrasiyası Ermənistanda keçiriləcək növbəti seçkilərdə birbaşa hakimiyyət dəyişikliyinə deyil, ölkədəki vəziyyəti gərginləşdirməyə çalışır.

Mənbənin qeyd etdiyinə görə, rəsmi Moskva kremlyönümlü namizədlərin şanslarının Nikol Paşinyanın partiyası ilə müqayisədə aşağı olduğunu anlayır.
 

Bu səbəbdən də müdaxilə üçün standart sxemdən istifadə olunur.  Belə ki, "TikTok"da Paşinyan və ailəsinə qarşı yüzlərlə konspiroloji video çarx yayımlanır, "Facebook"da minlərlə ödənişli şərh yazılır, "X" (keçmiş Twitter) platformasında ingilis dilində kampaniya aparılır. Prosesin icrası birbaşa Rusiya Prezident Administrasiyasına tabe olan, "Avrasiya" qeyri-kommersiya təşkilatının (AÑO) şura üzvü, erməni bloger Mikael Badalyana həvalə edilib.


Kampaniyanın rəhbərləri isə Rusiya Prezident Administrasiyasının rəsmiləri — Sergey Kiriyenkonun rəhbərliyi altında çalışan Rusiya Prezident Administrasiyasının Sosial Proseslərin Monitorinqi və Təhlili İdarəsinin rəhbəri Aleksandr Hariçev, Prezident Administrasiyasının daxili siyasət idarəsinin rəis müavini Denis Stepanyuk və Strateji Tərəfdaşlıq İdarəsinin rəhbəri Vadim Titovdur.

İrəvana qarşı təhdidləri artıran Moskva xaos ssenarisində müvəffəq olacaqmı?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, hazırda Rusiyanın əvvəlki kimi güclü şəkildə Ermənistana təsir etmək imkanı yoxdur:

“Rusiyanın Ermənistana təsir imkan və rıçaqları kifayət qədər genişdir. Ermənistan Rusiyanın forpostu olaraq qalmaqdadır. Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsi Rusiya iqtisadiyyatından asılıdır. Son dövrlər İrəvanın Qərbə meyllənməsi isə Moskvanın maraqlarına uyğun deyil”.

Deputat düşünür ki, Rusiya Ermənistandakı seçkilərə açıq müdaxilələrə getməyəcək:

“Seçkiöncəsi Rusiya Ermənistana təhdidlərini artırıb. Ermənistandakı rusiyayönümlü siyasi qüvvələr də hərəkətə gətirilir. Onlara dəstək verilir. İrəvana iqtisadi təzyiqlər də edilir. Amma bunlar hələlik real nəticə vermir.  Rusiya seçkilərə real olaraq ciddi müdaxilə etməyəcək. Oradakı rus hərbi bazasını və “5-ci kolonu” hərəkətə gətirməklə seçkilərə açıq müdaxilə olmayacaq. Açıq müdaxilə Rusiyanın Ermənistandakı mövqeyini kökündən sarsıdacaq. Moskvada bunun fərqindədirlər”.

Həmsöhbətimiz hesab edir ki, seçkidən sonra Paşinyan hakimiyyətdə qalısa da belə, Moskva İrəvanla münasibətin kritik məqama çatmasına çalışmayacaq: 

“Rusiya sadəcə təhdid etmək, iqtisadi və təhklükəsizlik baxımından problemlər yaratmaqla Paşinyanın mövqeyini zəiflətməyi və rusiyameyllilərin seçkidə daha çox səs qazanmasını hədəfləyib. Yenə də yumşaq gücdən istifadə etmək, iqtisadi təzyiqlər, Ermənistan mallarına qadağa qoymaqla bu ölkəyə təsir etməyi hədəfləyən siyasət yürüdəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin