Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) səlahiyyətləri artırılır.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, şəxsin dövlət narkoloji tibb müəssisələrində qeydiyyatda olmasına dair arayışı “ASAN xidmət” verəcək.
Qeyd edək ki, Səhiyyə Nazirliyi göstərilən xidmətin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:44 / 02.06.2026
Narkoloji arayışı “ASAN xidmət” verəcək – FƏRMAN
Hazırda oxunan: Narkoloji arayışı “ASAN xidmət” verəcək – FƏRMAN
Hazırda oxunan: Narkoloji arayışı “ASAN xidmət” verəcək – FƏRMAN
616743
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































