Fuad Çıraqov yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Fuad Çıraqov yüksək vəzifəyə TƏYİN OLUNDU

616681

Azərbaycanın Gürcüstandakı səfirliyində təhsil məsələləri üzrə müşavir vəzifəsinə yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, bu vəzifəyə Fuad Çıraqov gətirilib.

O, bu təyinatadək Azərbaycan Respublikası Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində, eləcə də Cənubi Qafqaz Tədqiqatlar Mərkəzində müxtəlif vəzifələrdə çalışıb, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub.
 

F. Çıraqov Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavriat və magistratura səviyyələri üzrə bitirib. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində ABŞ-nin Kolumbiya Universitetində də sosiologiya ixtisası üzrə magistratura təhsili alıb.


Xatırladaq ki, Azərbaycanın bəzi səfirliklərində Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini, Azərbaycan vətəndaşlarının xarici dövlətlərin təhsil müəssisələrində təhsil almasına və təhsil hüquqlarının müdafiəsinə dəstək verilməsini, eləcə də bu istiqamətdə müvafiq əlaqələndirməni təmin etmək məqsədilə təhsil məsələləri üzrə müşavirlər fəaliyyət göstərir. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin