Bakıda məktəbəhazırlıq qruplarını bitirən uşaqların SAYI

Hazırda oxunan: Bakıda məktəbəhazırlıq qruplarını bitirən uşaqların SAYI

616522

Bakıda 21 384 uşaq məktəbəhazırlıq qruplarını bitirib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 295 ümumi təhsil müəssisəsi üzrə 928 məktəbəhazırlıq qrupunda 21 521 uşaq məşğələyə cəlb olunub.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.
 

Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi" və "Fiziki mədəniyyət" dərs məşğələləri keçirilib.


Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin