Spirtli içki, xüsusən də bir neçə növünü qarışdıranda bədənə mənfi təsir göstərə biləcəyini inkar etmək olmaz. Lakin içki təsirini göstərməzdən əvvəl bir neçə tədbir görməklə zərəri minimuma endirməyə kömək edə bilərsiniz.
Əslində, bir və ya iki spirtli içki qəbul etməzdən əvvəl düzgün qidaları seçmək elektrolitləri balanslaşdırmağa və spirtli içki ilə əlaqəli bəzi mənfi təsirləri azaltmağa kömək edə bilər.
Bizim.Media həmin qidaları diqqətinizə çatdırır:
Omeqa-3 yağ turşularının ən yaxşı mənbələrindən biri olan qızılbalıq çoxsaylı faydaları ilə seçilir. Bəzi tədqiqatçılar omeqa-3 yağ turşularının beyində iltihab da daxil olmaqla, alkoqolun bəzi zərərli təsirlərini azaltmağa kömək edə biləcəyini irəli sürürlər. Həmçinin, qızılbalıq zülalla zəngindir və bu da alkoqolun udulmasını yavaşlatmağa kömək edə bilər.
Spirtli içki içməzdən əvvəl yüksək doyuruculuğu olan yumurta da spirtin fəsadını əngəlləyə bilər. Həmçinin, zülal ən doyurucu makronutrientdir və sizi daha uzun müddət tox saxlayır.
Liflə zəngin olan banan, spirtin qan dövranına udulmasını yavaşlatmağa kömək etdiyi üçün içməzdən əvvəl əla seçimdir. Üstəlik, o, kaliumla zəngindir ki, bu da spirt qəbulu ilə əlaqəli elektrolit balanssızlığının qarşısını ala bilər.
Çoxunun vazkeçilməzi olan ləbləbi də sağlam qəlyanaltı üçün əla seçimdir. Badam, qoz, fındıq, balqabaq toxumu lif və proteinlə zəngindir ki, bu da alkoqolun təsirini azaltmağa kömək edə bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:37 / 30.05.2026
Spirtli içki qəbul etməzdən əvvəl yeməli olduğunuz ən yaxşı qidalar
Hazırda oxunan: Spirtli içki qəbul etməzdən əvvəl yeməli olduğunuz ən yaxşı qidalar
Hazırda oxunan: Spirtli içki qəbul etməzdən əvvəl yeməli olduğunuz ən yaxşı qidalar
616177
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































