İstehsalatda bədbəxt hadisələr nəticəsində əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar tətbiq olunacaq.
Bizim.Media “Xəzər TV”yə istinadla xəbər verir ki, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Nazirlər Kabineti bununla bağlı qaydalardan birini təsdiqləyib, digərində isə dəyişiklik edib.
Dəyişikliklər əlillik dərəcəsinin daha şəffaf və konkret meyarlar əsasında müəyyən edilməsinə imkan yaradacaq. Yeni qaydalara əsasən, əlillik dərəcəsinin təyin olunması üçün xüsusi formuladan istifadə ediləcək.
Millət vəkili qeyd edib ki, yeni qaydalar proseslərin elektronlaşdırılmasını da nəzərdə tutur.
Deputat vurğulayıb ki, yeni mexanizmlərin tətbiqi istehsalat qəzaları zamanı əlillik dərəcəsinin daha operativ, şəffaf və vahid meyarlar əsasında müəyyənləşdirilməsinə imkan yaradacaq.
Daha ətraflı videomaterialda:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:56 / 29.05.2026
Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar – VİDEO
Hazırda oxunan: Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar – VİDEO
Hazırda oxunan: Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı yeni qaydalar – VİDEO
616046
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































