Bakıda velosipedçi avtomobilin altında qaldı – ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda velosipedçi avtomobilin altında qaldı – ANBAAN VİDEO

616018

Velosiped və skuter idarə edənlər, yollarda qəza şəraitinin yaranmaması üçün, əks istiqamətdə hərəkət etməməlidirlər.

Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaydığı müraciətdə bildirilib.

“Svetoforun qadağanedici siqnalı yandıqda dayanılmalıdır, piyada keçidindən istifadə edərkən nəqliyyat vasitəsindən düşüb piyada kimi yolu keçmək lazımdır.

Qanun həm də tələb edir ki, velosipedlər, asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Velosipedlərin yol çiyini ilə hərəkətinə isə piyadalar üçün maneə yaratmamaq şərti ilə icazə verilir.

Bu cür nəqliyyat vasitələrini idarə edənlər bilməlidir ki, velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək də Qanunla qadağandır. Həmçinin yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində velosiped sürücüləri bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər”, deyə müraciətdə qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin