Telefon asılılığı psixologiyanı necə dəyişir? – Mütəxəssislərdən xəbərdarlıq

Hazırda oxunan: Telefon asılılığı psixologiyanı necə dəyişir? – Mütəxəssislərdən xəbərdarlıq

615824

Daim telefona baxmaq, sosial şəbəkələrdən uzaq qala bilməmək və internet kəsiləndə narahatlıq hiss etmək müasir dövrün ən böyük problemlərindən birinə çevrilib.

Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər "daimi onlayn olmaq" (həddindən artıq bağlantı) adlandırılan bu vəziyyətin insanların həm ünsiyyət vərdişlərinə, həm də psixoloji vəziyyətinə ciddi mənfi təsir göstərdiyini bildirirlər.

Araşdırmalara görə, gün ərzində davamlı onlayn qalmaq istəyi xroniki stress, diqqət dağınıqlığı və yuxu pozuntusuna səbəb olur. Eyni zamanda real sosial münasibətlər zəifləyir, işdə və gündəlik həyatda məhsuldarlıq aşağı düşür.
 

Psixoloqlar qeyd edirlər ki, sosial şəbəkələrdən gələn bildirişlər və bəyənmələr (layklar) beyində dopamin (həzz hormonu) ifrazını artırdığı üçün insanlar telefonlarını tez-tez yoxlamağa meyllənirlər. Bu hal xüsusilə gənclər arasında daha geniş yayılıb.


Mütəxəssislər problemin qarşısını almaq üçün bildirişlərin məhdudlaşdırılmasını, gün ərzində telefonsuz xüsusi vaxtın ayrılmasını və sosial şəbəkələrdən istifadənin minimuma endirilməsini tövsiyə edirlər.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin